0

Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətində kəskin artım qeydə alınıb.
BBN.az xəbər verir ki, “Azeri Light” neftinin 1 barelinin qiyməti 4,82 ABŞ dolları və ya 5,13% artaraq 98,73 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 93,91 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.




