
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,04 ABŞ dolları və ya 0,06 % azalaraq 71,71 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 68,79 ABŞ dolları səviyyəsində formalaşıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,09 ABŞ dolları və ya 0,13 % azalaraq 69,53 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir. Müqaviləyə əsasən, SOCAR-ın layihədə 31,65 % payı var.







