İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı “Quba İş Adamlarına Dəstək” platformasının təqdimat mərasimində rəsmi tərəfdaş olaraq iştirak edib.
Quba şəhərində təşkil olunan tədbirə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, QHT-lər və bölgədə fəaliyyət göstərən yüzdən çox sahibkar qatılıb.
Platformanın yaradılmasında məqsəd bölgədə sahibkarlığın inkişafına töhfə vermək, ticarətin artırılması, sərmayələrin cəlb olunmasıdır. Mərasimdə dövlət və özəl sektorun nümayəndələri arasında “B2B” və “G2B” görüşlər keçirilib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, investisiyaların artırılması, regionun iqtisadi tərəqqisi, dayanıqlı və rəqabətqabiliyyətli iş mühitinin formalaşdırılması məqsədilə görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.