Home » “AzInTelecom”un idarəetmə strukturu dəyişir

“AzInTelecom”un idarəetmə strukturu dəyişir

by Zeyneb
0 comments 13 views 1 minutes read

“AzInTelecom” MMC-nin idarəetmə modelində dəyişiklik edilir.

Şirkət kollektiv idarəetmə formasından fərdi idarəetmə sisteminə keçir.

Belə ki, qurumda İdarə Heyəti, İdarə Heyətinin sədri və onun üzvləri vəzifələri ləğv edilir.

Dəyişikliyə əsasən, İdarə Heyətinin sədri vəzifəsini baş direktor əvəz edəcək. İdarə Heyətinin üzvləri isə fəaliyyətlərini baş direktorun müavinləri olaraq davam etdirəcək.

Nəticə etibarilə, bu vaxta qədər şirkətin İdarə Heyətinin sədri olmuş Elxan Əzizov qurumun baş direktoru, idarə heyətinin üzvü Sadiq Yolçuyev isə baş direktorun müavini olacaq.

“AzInTelecom” MMC-dən sorğumuza cavab olaraq bildirilib ki, struktur və təşkilati formada dəyişiklik baş verəcəyi təqdirdə, ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, “AzInTelecom” MMC 2015-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeli qurumu kimi yaradılıb, 2021-ci ildə Məlumat Hesablama Mərkəzi ilə birləşdirilərək strukturu yenidən təşkil olunub. Qurum 2024-cü ildən etibarən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərir. Şirkətin idarəetmə forması bu vaxta qədər ikipilləli kollektiv idarəçilik sistemindən ibarət olub. Qurumun fəaliyyətinə nəzarət Müşahidə Şurası, idarəçiliyi isə İdarə Heyəti tərəfindən həyata keçirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.