Home » Elektron satınalmaların sayı və məbləği açıqlanıb

Elektron satınalmaların sayı və məbləği açıqlanıb

by Aytac
0 comments 0 views 0 minutes read

Bu ilin yanvar-fevral ayları ərzində keçirilən elektron satınalmaların sayı 783, məbləği isə 407,1 milyon manat təşkil edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların sayında 11,1 faiz, məbləğ üzrə isə 13,9 faiz artım müşahidə edilib.

Hesabat dövründə açılışı baş tutan müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub. Bu, sağlam rəqabətin, KOB-ların fəallığının və iqtisadi diversifikasiyanın göstəricisidir.

Dövlət satınalmalarının rəqəmsallaşdırılması iqtisadi səmərəliliyi təmin edir, kiçik və orta sahibkarların dövlət sifarişlərinə çıxışını asanlaşdırır və informasiya əlçatanlığını artırmaqla bazarda bərabərliyi təşviq edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.