Home » Azranking.az: Sahibkarlar üçün “Biznes etikası və şəffaflıq” mövzusunda təlim keçirilib

Azranking.az: Sahibkarlar üçün “Biznes etikası və şəffaflıq” mövzusunda təlim keçirilib

by anar
0 comment 2 views 1 minutes read

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun özəl sektorda antikorrupsiya yanaşmalarının təşviqi ilə bağlı maarifləndirmə təşəbbüsü çərçivəsində təlim təşkil edilib.

“Biznes etikası və şəffaflıq” mövzusunda təlimdə sahibkarlar biznes etikası, bu sahədə beynəlxalq standartlar, şəffaflıq yanaşmaları, antikorrupsiya davranış tərzləri, maraqlar toqquşması, korporativ səviyyədə korrupsiyaya qarşı mübarizə sistemləri barədə məlumatlandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Azercell Telekom” MMC-nin “Azercell Academy” qrupunun birgə təşkilatçılığı ilə sahibkarlar, biznes assosiasiyalar və Agentlik əməkdaşları üçün “Biznes etikası və şəffaflıq” mövzusunda məlumatlandırıcı təlim keçirilib.

Təlimdə sahibkarlıq mühitində biznes etikası, bu sahədə beynəlxalq standartlar, şəffaflıq yanaşmaları, eləcə də antikorrupsiya davranış tərzlərinin təşviqi ilə bağlı zəruri informasiyalar iştirakçıların diqqətinə çatdırılıb. Təlim iştirakçıları həmçinin, maraqlar toqquşması, korporativ səviyyədə korrupsiyaya qarşı mübarizə sistemləri barədə məlumatlandırılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.