Home » Azərbaycan və Dünya İqtisadi Forumu arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

Azərbaycan və Dünya İqtisadi Forumu arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycan və Dünya İqtisadi Forumu (DİF) arasında 2026-cı il üçün əməkdaşlıq planı müzakirə olunub.

Müzakirələr İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) çərçivəsində baş tutub. Mərkəzin icraçı direktoru Fariz Cəfərov DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju Corcla ilə görüş keçirib.

Görüş zamanı tərəflər 2026-cı il üzrə əməkdaşlıq planı çərçivəsində prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə, sənaye klasterlərinin transformasiyası, enerji sektorunda süni intellekt tətbiqləri, Strateji İntellekt platforması, Qlobal Mayak Şəbəkəsi, “TradeTech”, “GovTech” və Süni İntellekt İdarəetmə Alyansı kimi təşəbbüslər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Bununla yanaşı, Azərbaycanın 4-cü Sənaye İnqilabı Mərkəzinin DİF-in ən aktiv üç mərkəzindən biri olduğu qeyd edilib. Tərəflər həmçinin DİF-in 4Sİ Mərkəzləri şəbəkəsi ilə əməkdaşlığın genişləndirilməsi, birgə tədbirlərin təşkili və Azərbaycanın qlobal təşəbbüslərdə iştirakının artırılması perspektivlərini nəzərdən keçiriblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.