Home » Azərbaycan və Rumıniya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Rumıniya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan və Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi və tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bu məsələlər iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurka arasında keçirilən görüşdə müzakirə edilib.

Görüş zamanı tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyətini və gələcək inkişaf imkanlarını dəyərləndiriblər. Qarşılıqlı investisiyaların artırılması, biznes mühitinin inkişafı və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi diqqət mərkəzində olub.

Müzakirələrdə enerji, tranzit və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu istiqamətlər üzrə həyata keçirilən birgə layihələr Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, regional əlaqələrin inkişafına və yeni iqtisadi imkanların yaranmasına töhfə verir.

Tərəflər həmçinin qlobal çağırışlar fonunda qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və ortaq həllərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.