3

Azərbaycanda “Vahid Mədəniyyət Reyestri” sisteminin yaradılması nəzərdə tutulur. Bununla bağlı Mədəniyyət Nazirliyinə məxsus “Əsaslı Tikinti və Təchizat” MMC hazırlığa başlayıb.
Sistem üçün ilkin mərhələdə tələb olunan altsistemlərin alınması və tətbiqi, həmçinin onların bir-birinə inteqrasiyası həyata keçiriləcək. İşlərin ehtimal olunan qiyməti 4,5 milyon manat təşkil edir.




