
2026-cı il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləği 719,4 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici iyunun 1-i ilə müqayisədə 13,2 faiz artıb.
Hesabat dövründə problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 37,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 36,4 faiz yüksəlib.
Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, iyunun sonuna vaxtı keçmiş kreditlərin bank sektorunun ümumi kredit portfelində xüsusi çəkisi 2,1 faiz olub. Müqayisə üçün qeyd edək ki, bu göstərici may ayının sonunda 1,9 faiz, 2025-ci ilin sonunda 1,6 faiz, ötən ilin iyun ayının sonunda isə 1,7 faiz təşkil etmişdi.
Məlumatlar problemli kreditlərin həm məbləği, həm də ümumi kredit portfelindəki payı üzrə artım tendensiyasının davam etdiyini göstərir.




