

“Apple” kompaniyasının dünyada populyar markalarından biri olan “Apple Watch”un bəzi satışları dayandırılıb.
BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, söhbət isə onun 2 populyar məhsulundan – “Apple Watch series 9” və “Watch Ultra 2”dan gedir.
Bildirilib ki, satışların dayandırılmasında əsas səbəb isə patent ilə bağlı “Masimo” tərəfindən “Apple”ın günahlandırılması olub. Rəqibi “Masimo”dan qeyd ediblər ki, onlar bizim texnologiyanı tətbiq ediblər. “Apple” isə şirkətin bu ittihamları ilə razı olmadığını və müştərilərə xidmət göstərmək üçün bütün hüquqi və texniki prosedurlara baş vuracaqlarını bildiriblər.
Qeyd edək ki, 2015-ci ildən başlayaraq təxminən 229.3 milyon “Apple Watch” saatları satılıb. Bu isə “Apple” kompaniyasının ümumilikdə satışlarının artmasına təkan verib.