Home » Bakcell yeni internet tariflərini açıqladı

Bakcell yeni internet tariflərini açıqladı

by yunus
0 rəy 43 baxış 1 dəqiqə oxuma

Bakcell şirkəti «Biznesim» tarif paketlərində dəyişiklik edir.

1 mart 2024-cü il tarixindən etibarən aşağıda qeyd olunan tarif və xidmətlərin internet trafikinin həcmini artacaq.

Tarif paketlərində internet həcmi artırılacaq, onların qiymətlərində isə cüzi dəyişiklik olacaq.

BBN.az xəbər verir ki, Business Freedom”, “Business Sapphire+”, “Strategic+”, “Strategic Organizations”, “Socar 1” tariflərinin abunəçiləri üçün internet trafikinin həcmi 5+ qat artırılaraq 150 MB-dan 1 GB-a dəyişəcək. Təklif olunan tarifin abunə haqqı 6 AZN təşkil edəcək.

Bundan əlavə, “Business Freedom”, “Business Sapphire+”, “Strategic+”, “Strategic Organizations”, “Socar 1”, “Government”, “BP Family”, “Business 5”, “Business 20”, “Professional”, “Business 10”, “Bakcell Freedom +”, “Freedom” tariflərinin danışıq dəqiqələri bitdikdən sonra fərdi abunəçilər üçün ölkədaxili zənglərin yeni qiymət strukturu 0.07 AZN olaraq dəyişəcək.

Xatırladaq ki, 15 mart 2024-cü il tarixindən etibarən bəzi internet paketlərində də dəyişiklik olacaq.

Daha ətraflı BURADA

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.