Home » Bakı Fond Birjası VI Beynəlxalq Bankçılıq Forumunda iştirak etmişdir

Bakı Fond Birjası VI Beynəlxalq Bankçılıq Forumunda iştirak etmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bakı Fond Birjası 24-25 noyabr 2022-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan ənənəvi VI Beynəlxalq Bankçılıq Forumunda iştirak etmişdir.

İki gün davam edən Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı olmuşdur. Bu Forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir.

Qeyd edək ki, Bakı Fond Birjası və Azərbaycan Banklar Assosiasiyası arasında müntəzəm əməkdaşlıq çərçivəsində maliyyə sahəsindəki innovasiyaların gələcəyi, rəqəmsallaşma, bank və maliyyə sistemində yeni trendlər yönümlü  tədbirlərdə iştirak etməkdə maraqlıdır. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.