Home » Bakı Fond Birjasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) istiqrazları əsas seqmentdə listinqə alınmışdır

Bakı Fond Birjasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) istiqrazları əsas seqmentdə listinqə alınmışdır

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

6 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dəyəri 100 000 000 (yüz milyon) ABŞ dolları olan istiqrazları əsas bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 20 sentyabr tarixindən başlayacaq və oktyabrın 29-dək davam edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə əsas anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bakı Fond Birjasının üzvü olan bütün investisiya şirkətləri abunə yazılışında iştirak edəcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2002019894Faizli, təmin edilməmiş, sənədsiz adlı100,000(ədəd)1,000USD4.5 %5 ilHər 3 (üç) aydan bir

Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

SOCAR İstiqrazları ilə bağlı ətraflı məlumat üçün: *1999 və www.socarcapital.az, www.socaristiqraz.az

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.