
8.09.2025-ci il tarixində Bakı Fond Birjasında “Bank of Baku” ASC-nin istiqrazlarının abunə yazılışının başlanmasına həsr olunmuş “Açılış Zəngi” mərasimi keçirilib.
Tədbirdə Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Həsən Quliyev və “ABB-Invest” İnvestisiya Şirkəti QSC-nin icraçı direktoru Nadir Babazadə çıxış ediblər. Çıxışlarda kapital bazarının inkişafı, investisiya alətlərinin çeşidliyinin artırılması və ölkə iqtisadiyyatına töhfə mövzuları vurğulanıb.
Xatırladaq ki, illik gəlirliliyi 13%, ilkin ticarət qiyməti 100 manat, tədavül müddəti 18 ay, buraxılış həcmi isə 20 mln. manat olan faizli təmin edilməmiş, sənədsiz, adlı istiqrazların abunə yazılışı 19 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
Mərasimin sonunda emitent və tərəfdaş qurumların nümayəndələri tərəfindən “Açılış Zəngi” çalınıb.





