14 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “EKOLİZİNQ” MMC-nin buraxılış həcmi 250,000 (iki yüz əlli min) ABŞ dolları dəyərində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “EKOLİZİNQ” MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2008019500 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar |
Yerləşdirmə üsulu | Rəqabətli |
Buraxılış həcmi | 250,000 (iki yüz əlli min) ABŞ dolları |
İstiqrazların sayı | 250 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 ABŞ dolları |
İllik faiz dərəcəsi | 10% |
Ödəmə periodu | Hər ayda bir dəfə (hər ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) |
Tədavül müddəti | 36 ay |
Hərrac tarixi | 29.05.2024 |
Anderrayter | “INVEST-AZ İnvestisiya Şirkəti” QSC |