Home » Bakı Fond Birjasında repo əməliyyatlarının stimullaşdırılması tədbirləri keçirilir

Bakı Fond Birjasında repo əməliyyatlarının stimullaşdırılması tədbirləri keçirilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bakı Fond Birjası tərəfindən kapital bazarında qiymətli kağızların təşviq edilməsi məqsədilə mütəmadi olaraq stimullaşdırıcı tədbirlər həyata keçirilməkdədir. Repo bazarı maliyyə sisteminin öncül komponenti olmaqla kapital bazarının inkişafında mühüm rol oynamasını, borclanma xərclərinin azaldılmasına töhfə verilməklə bu bazarın iştirakçıları üçün daha əlçatan olmasını nəzərə alaraq davamlı olaraq bazarı dəstəkləyici tədbirlərin həyata keçirilməsi birjanın prioritet hədəflərindəndir.

Repo əməliyyatları bazar iştirakçılarına risk və kapital mövqelərini effektiv şəkildə idarə etməyə və qısamüddətli likvidlik ehtiyaclarını ödəməyə imkan yaradır.

Mütəşəkkil kapital bazarının stabil inkişafını stimullaşdırılması və repo əməliyyatlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyyəsini nəzərə alaraq, dövlət istiqrazları və Mərkəzi Bankın notları ilə repo əməliyyatlarına 01.03.2023-cü il tarixindən 30.06.2023-cü il tarixinədək komissiya haqqı tətbiq edilməyəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.