0
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 105.1.1-ci maddəsinə müvafiq olaraq, “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi 26 sentyabr 2024-cü il tarixindən məhdudlaşdırılmışdır.