Home » Bakıda “Visa Cashless Forum” keçirilib

Bakıda “Visa Cashless Forum” keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Fevralın 12-də Bakıda “Visa” beynəlxalq kart təşkilatının, “Azərbaycan Respublikasının Mərkəzi Bankı”nın (AMB), “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin dəstəyi ilə “Visa Cashless Forum” keçirilib.

Forumun mövzusu “Driving the Future” yəni “gələcəyə hərəkət”dir.

Tədbiri giriş sözü ilə “Visa”nın Qafqaz üzrə regional meneceri Kristina Doros açıb. 

“Visa”nın MDB və Cənub-Şərqi Avropa regionunda başlıca tədbiri olan “Visa Cashless Forum” rəqəmli ödənişlər ekspertlərinin, bank, maliyyə, ticarət, xidmətlər kimi sahələrin nümayəndələrinin iştirakı ilə nağdsız ödənişlərin və ödənişlər sahəsindəki innovasiyaların daha geniş tətbiqilə bağlı məsələlərin müzakirə olunduğu platformadır. İlk dəfə 2017-ci ildə Ukraynada keçirilən forum sonrakı dövrdə Qazaxıstanda, Serbiyada, Belarusda uğurla təşkil olunub. Bakıda keçiriləcək forumun gündəmindəki başlıca mövzular müasir ödənişlər sistemini yaradan amillər, onların sahibkarlığa və istehlakçılara təsiri, o cümlədən innovasiyalı ödəniş variantları, rəqəmli çevrilmə, smart ölkə, hissiyatlı bankçılıqla müasir müştərilər, bank sektorunun gələcəyi: ənənəvi və yeni banklar, rəqəmli bankçılığın müxtəlif inkişaf yolları, nağdsız ödənişləri təşviq edən tənzimləmədir.

Forum çərçivəsində panellər, müzakirələr, təşviq nitqləri, əməli təkliflərin təqdimatları keçiriləcək. İştirakçılar arasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) sədrinin birinci müavini Alim Quliyev, İqtisadi İslahatların Təhlili və Komunikasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Rəqəmli Ticarət Habının rəhbəri Nicat Əsədli, ABA-nın prezidenti Zakir Nuriyev, ABB-nin İH sədrinin müavini Elmir Həbibullayev, “PAŞA Bank”ın baş əməliyyat direktoru Cəlal Orucov, “Unibank” ASC-nin İH-nin sədri Faiq Hüseynov, “Bank Respublika” ASC-nin İH sədrinin müavini Elnur Həsənov, “Kapital Bank”ın Marketinq və məhsullar idarəsinin baş direktoru Samir Məmmədov, həmçinin şirkətin müxtəlif bölmələrinin rəhbərləri, xarici ölkələrdən ekspertləri var. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.