Home » Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub

Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub

by Zeyneb
0 comments 5 views 1 minutes read

Bank BTB-də yeni kadr təyinatı həyata keçirilib. Almaz Əskərova Bankın Əməliyyat Departamentinin direktoru vəzifəsinə təyin olunub. O, bankın bütün hesablaşma əməliyyatlarına və kart xidmətlərinə rəhbərlik edəcək.

Almaz Əskərovanın rəhbərliyi altında əməliyyat sahəsində innovativ yanaşmaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması hədəflənir.

Bu təyinat, Bank BTB-nin gender bərabərliyinəqadın liderliyinin təşviqinə verdiyi önəmin bariz nümunəsidir.

Qeyd edək ki, Almaz Əskərova bank karyerasına məhz Bank BTB-də başlayıb və bankın ərsəyə gətirdiyi peşəkar kadrlardan birinə çevrilib. O, müştəri xidmətləri departamentinin mütəxəssisi vəzifəsindən Bank kartları şöbəsinin müdiri vəzifəsinədək uğurla irəliləyib.

2025-ci ilin iyun ayından etibarən, Bank BTB-nin 15 illik fəaliyyəti çərçivəsində, departament rəhbəri səviyyəsinə qədər yüksəlib.

Almaz Əskərova Azərbaycan Beynəlxalq Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. Lakin iş fəaliyyətinə başladığı ilk gündən etibarən əməliyyat sahəsində müxtəlif ixtisaslaşmış sertifikasiya proqramlarında iştirak edib. O, ödəniş sistemləri, biznesin təşkili və ödəniş kartlarının idarə olunması sahələrində beynəlxalq sertifikatlara əsaslanan nəzəri və praktiki biliklərə yiyələnib.

Bankda çalışdığı müddət ərzində beynəlxalq ödəniş sistemləri olan MastercardVisa tərəfindən təşkil edilən bir sıra seminar və təlimlərdə uğurla iştirak edərək sertifikatlarla təltif olunub.

Bank “BTB” ASC, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsi ilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər aşağıdakı onlayn kanallara müraciət edə bilərlər:

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.