Bank BTB-dən sahibkarlıqla məşğul olan XANIMLARA özəl kampaniya

Bank BTB 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Mikro kredit məhsulu üzrə “8 Marta 8% endirim” kampaniyasına start verib. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar 2-6 Mart tarixləri arasında Mikro kredit məhsuluna müraciət etdikdə illik faiz dərəcəsinə 8% endirim əldə edəcəklər.

Bununla yanaşı, 50.000 AZN-dək təklif olunan Mikro kreditlər xanım sahibkarlara 0% komissiya 48 ay müddətinə təklif olunur. Əlavə olaraq, sahibkar xanımlar biznes fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq 6 ayadək güzəşt müddətindən də yararlana biləcəklər.

Yalnız 5 gün davam edən kampaniyaya son müraciət tarixi 6 Mart 2020-ci ildir. Bu müddət ərzində müraciət edən sahibkar xanımların kreditləri 31 Mart 2020-ci il tarixinədək rəsmiləşdirilə bilər.

      Kredit əldə etmək üçün Sizə rahat olan kanalı seçməklə Facebook (www.facebook.com/bankbtb), Instagram (www.instagram.com/bankbtb/) və ya 055 3000 946 whatsapp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərsiniz. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və www.btb.az rəsmi saytından məlumat ala bilərsiniz.

      Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır