Home » Bank kartlarından oğurluq halları artıb – DİN vətəndaşlara xəbərdarlıq edir

Bank kartlarından oğurluq halları artıb – DİN vətəndaşlara xəbərdarlıq edir

by yunus
0 comments 1 views 1 minutes read

İyunun 3-də Daxili İşlər Nazirliyinə daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, müxtəlif vətəndaşların bank hesablarından 7000, 980, 660, 550, 400, 285, 150, 130, 100 və 28 manat məbləğində pul vəsaiti oğurlanıb.

BBN.az xəbər verir ki,bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Nazirlik bu kimi halların artmasını nəzərə alaraq vətəndaşlara müraciət edib və onları dələduzluq hallarına qarşı daha diqqətli olmağa çağırıb. Bildirilib ki, bank kartlarının arxa hissəsində yerləşən CVV/CVC kodları, kartın istifadə müddəti və SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kimi məlumatlar məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması bank hesablarından vəsaitin oğurlanmasına, eləcə də vətəndaşın adına kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə səbəb ola bilər.

DİN-in çağırışında vətəndaşlara aşağıdakı ehtiyat tədbirlərinə əməl etmələri tövsiyə olunur:

  • Naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməyin;

  • Şəxsi və maliyyə məlumatlarınızı heç bir halda paylaşmayın;

  • Şübhəli ünsiyyət halında dərhal əlaqəni kəsin və nömrəni bloklayın;

  • Dələduzluq halları ilə qarşılaşdıqda dərhal “102” Xidməti Zəng Mərkəzinə və ya yaxınlıqdakı polis orqanına məlumat verin.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.