Home » Bank of Bakunun səhmdarlarının ümumi yığıncağının gündəliyi açıqlanıb

Bank of Bakunun səhmdarlarının ümumi yığıncağının gündəliyi açıqlanıb

by Zeyneb
0 comments 2 views 1 minutes read

Bank of Baku ASC-nin səhmdarlarının aprelin 22-də, saat 15:00-da keçiriləcək növbəti ümumi yığıncağının gündəliyi məlum olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində məlumat yerləşdirilib.

Məlumata görə, səhmdarlar bankın 2025-ci il üzrə maliyyə hesabatlarının və Bankın Audit Komitəsinin ötənilki hesabatının təsdiq edilməsi, səhm sahiblərinə ötən illərin mənfəətindən dividendlərin ödənilməsi, xalis mənfəət hesabına ehtiyat yaradılması və digər məsələləri müzakirə edəcəklər.

Yığıncaq əvvəlcədən elan olunduğu kimi bankın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində keçiriləcək.

Xatırladaq ki, Bank of Baku 1994-cü ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 52,87 milyon manatdır. Onun səhmlərinin 35 %-i NAB Holdingə, 31,1 %-i Hikmət İsmayılova, 28,9 %-i Azpetrol Neft Şirkəti MMC-yə, 5 %-i isə Elçin İsayevə məxsusdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.