Home » “Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

“Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

by Zeyneb
0 comments 0 views 1 minutes read

Sentyabrın 24-də saat 10:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində baş tutacaq.

Toplantının gündəliyinə “Bank Respublika”nın nizamnamə kapitalının artırılması, bankın nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi, iyulun 24-də keçirilmiş səhmdarların ümumi yığıncağında qəbul edilmiş bəzi qərarlara yenidən baxılması və həmin məsələlər üzrə müvafiq qərarların qəbul edilməsi daxildir.

Bundan başqa, aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələrin təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinə yenidən baxılması və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 73,961 milyon manat təşkil edir.

Bankın səhmlərinin 63,32 %-i Müşahidə Şurasının sədri Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.