Home » Bank Respublika qan donorluğunda fəal iştiraka görə təltif olundu!

Bank Respublika qan donorluğunda fəal iştiraka görə təltif olundu!

Bank Respublika qan donorluğunun inkişafına verdiyi töhfəyə görə mükafatlandırıldı

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bakı, 18 iyun 2025-ci il. Ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən, respublikanın aparıcı banklarından biri olan Bank Respublika, növbəti dəfə mükafata layiq görülüb.

Bank, Səhiyyə Nazirliyi Respublika Qan Bankında Ümumdünya Qan Donoru Günü münasibətilə keçirilən tədbirdə “Qan donorluğunun təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə” xüsusi mükafatla təltif olunub.

Bank Respublika uzun illərdir ki, sosial məsuliyyət strategiyası çərçivəsində sağlam cəmiyyət rifahına töhfə verən təşəbbüsləri dəstəkləyir. Bankın kollektivi könüllü qanvermə aksiyalarında fəal iştirak edir, talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etmək üçün bu nəcib missiyanı davam etdirir. Bankın “Qan ver, bir həyat da sən qurtar” şüarı ilə keçirilən qanvermə aksiyaları artıq ənənəvi hal alıb və hər il bankın rəhbər heyəti və müxtəlif struktarlarında çalışan əməkdaşları bu xeyirxah təşəbəssüsə könüllü olaraq qoşulur.

Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak etməyə, donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.