Home » Bank Respublika və Sabah FK ağacəkmə aksiyası keçirdi – Foto

Bank Respublika və Sabah FK ağacəkmə aksiyası keçirdi – Foto

by anar
0 comments 2 views 1 minutes read

Bank Respublika “Yaşıl Dünya üçün Həmrəylik İli” çərçivəsində ağacəkmə aksiyası keçirdi

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, “Yaşıl Dünya üçün Həmrəylik İli” çərçivəsində növbəti aksiya həyata keçirib.

Belə ki, Bankın əməkdaşları futbol üzrə ölkə çempionatının aparıcı klublarından biri olan “Sabah” FK futbolçuları ilə birgə Masazırda yerləşən “Bank Respublika Arena”nın ətrafında yerli iqlim şəraitinə uyğun 100-ə yaxın ağac əkiblər.

Bankdan bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın yaranmasına, ətraf mühitin qorunmasına kömək etmək, gənc nəsillərin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.

Qeyd edək ki, Bank Respublika mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir. Bank həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərən müəssisələri maliyyələşdirir və müxtəlif ekoloji layihələri dəstək göstərir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.