Home » Bank Respublika və Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutub

Bank Respublika və Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutub

by ulviyya
0 rəy 5 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın təşkilatçılığı ilə ilk dəfə olaraq sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutub.

Səfərdə İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Sahibkarlığın İnkişafı Fondunun, “Bank Respublika”nın nümayəndələri eləcə də işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməyi hədəfləyən sahibkarlar və müəssisə rəhbərləri iştirak ediblər.

Səfər çərçivəsində Zəngilan Konqres Mərkəzində sahibkarlar üçün “Zəngilan və Cəbrayıl rayonlarında yaradılan investisiya imkankları” mövzusunda tədbir keçirilib. Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev,  “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və digər şəxslər çıxış edərək sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan, eləcə də işğaldan azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə SİF-in ”İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi təqdim edilib. Bildirilib ki, mexanizm çərçivəsində bu ərazilərdə fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək,  müddəti 7 ilədək,  illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kredit müddətinin yarısından çox olmamaq şərti ilə, 36 aya qədər güzəşt müddəti tətbiq edildiyi diqqətə çatdırılıb.

Səfər zamanı nümayəndə heyəti həmçinin, Zəngilan Beynəlxalq Hava Limanı, Ağalı kəndi və “Araz Vadisi İqtisadi Zonası”nı ziyarət edərək qısa zaman müddətində Şərqi Zəngəzur iqtisadi rayonunda görülən böyük quruculuq işləri və böyük infrastruktur layihələri ilə də tanış olublar.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.