1
Azərbaycanda bank sektorunda çalışanların sayı artıb.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) iyul ayını əhatə edən statistik bülletenində məlumat verilib.
AMB açıqlayıb ki, cari ilin avqustun 1-ə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,015 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 78 nəfər artaraq 23,319 nəfər təşkil edib. Ümumilikdə son 1 ildə bank sektorunda çalışanların sayı 7.3% və ya 1,590 nəfər artıb.