Home » Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib

Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib

by Zeyneb
0 comments 8 views 1 minutes read

Bank VTB (Azərbaycan) ASC-də struktur dəyişikliyi həyata keçirilib. Bu çərçivədə 15 oktyabr 2025-ci ildən Əsgər Elyaz oğlu Kərimov Hüquq Departamentinin direktoru – Baş hüquq inzibatçısı vəzifəsinə təyin olunub.

O, yeni vəzifəsində Bankın Hüquqi təminat idarəsinə, Problemli aktivlərin idarə olunması idarəsinə, həmçinin ümumi metodologiya və korporativ kargüzarlıq istiqamətlərinə nəzarət edəcək.

Əsgər Kərimov əmək fəaliyyətinə 2007-ci ildə “AGBank” ASC-də Hüquq Departamentində hüquqşünas kimi başlayıb. Sonrakı illərdə problemli aktivlər üzrə hüquqi dəstək şöbəsinin müdiri, Məhkəmə və icra işləri departamentinin direktoru olub.

2016–2019-cu illərdə “Solis and Partners” hüquq şirkətinə rəhbərlik edib. 2019-cu ildən Bank VTB (Azərbaycan) ASC-də Hüquq idarəsinin rəisi vəzifəsini icra edib.

Ə.Kərimov beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsinə malikdir, 18 illik peşəkar təcrübəsi var və 2018-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.