Home » Bank VTB (Azərbaycan) iki filialının iş rejimini yeniləyib

Bank VTB (Azərbaycan) iki filialının iş rejimini yeniləyib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bank VTB (Azərbaycan) Baş ofis yanında Müştərilərə Xidmət Mərkəzi və “Elmlər” filialını yeni iş rejiminə keçirib. İndi VTB (Azərbaycan)-ın bütün filialları müştərilərə həftənin 6 günü xidmət göstərir.

Filialların iş rejimi:

  • Həftə içi: 09.00-dan 19.00-dək
  • Şənbə günləri: 10.00-dan 16.00-dək

BBN.az-a bankdan verilənməlumata əsasən yeni rejimə keçid müştəriləri maksimal rahatlıqla təmin etməyə imkan verəcək.

Yeni rejim çərçivəsində bank VTB (Azərbaycan)-ın filialları müştərilərə bütün növ bank xidmətlərini, o cümlədən cari hesabdan vəsaitin verilməsi, POS-terminal vasitəsilə əməliyyatların keçirilməsi,  təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, depozit hesabların açılması və artırılması kimi xidmətləri göstərməyə davam edəcək.Filiallara kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət də etmək mümkündür.

Filialların işi haqqında ətraflı məlumatı bankın saytından, eləcə də WhatsApp
(+99455 2140986) və ya 986 qısa nömrəsi vasitəsi ilə əldə etmək mümkündür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.