Home » Banklar KOB-larla əməkdaşlığı genişləndirir

Banklar KOB-larla əməkdaşlığı genişləndirir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Rabitəbank” ASC-nin birgə təşkilatçılığı ilə ixracla məşğul olan kiçik və orta biznes subyektləri ilə görüş keçirilib.

Görüşdə KOBİA və AZPROMO-nun nümayəndələri ixraca dövlət dəstəyi mexanizmləri və ixrac təşviqinə dair məlumat veriblər.

“Rabitəbank” ASC-nin təmsilçisi isə bank tərəfindən ixracla məşğul olan KOB-lar üçün yaradılmış “İxracatçı” biznes kreditini diqqətə çatdırıb. Qeyd olunub ki, “İxracatçı” biznes krediti yerli məhsulların ixracı və “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması məqsədilə yaradılıb. “İxracatçı” krediti KOB-lara 36 ayadək ABŞ dolları üzrə 4,9%, Azərbaycan manatı üzrə isə 13,9%-lə verilir. Kredit alan kiçik və orta biznes subyektlərinə ixracdan daxil olan vəsaitin konvertasiyası və köçürülməsi üzrə komissiya haqqı 0%, kreditin rəsmiləşdirilməsi və ixracdan daxil olan vəsaitin nağdlaşdırılması üçün komissiya haqqına isə 50% endirim tətbiq olunur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.