
BBN.AZ iyul ayı üçün Azərbaycan banklarının debet kartları üzrə təqdim etdiyi cashback faizlərini araşdırıb və müqayisəli infoqrafik hazırlayıb.
Hansı bankın cashback baxımından daha sərfəli təkliflər təqdim etdiyini öyrənmək istəyənlər infoqrafik vasitəsilə bankların təkliflərini bir arada müqayisə edə bilərlər.
Qeyd: Bəzi banklarda xüsusi cashback paketləri müştəri seqmentindən asılı olaraq dəyişə bilər (məsələn, Səhmdar paketi). Bundan əlavə, müştərinin alış-veriş davranışına uyğun olaraq müəyyən kateqoriyalar üzrə cashback faizlərində fərqlər tətbiq oluna bilər.
Kapital Bank-da da cashback kateqoriyaları və faiz dərəcələri hər bir müştərinin alış-veriş vərdişlərinə əsasən fərdi şəkildə formalaşdırılır. Bu səbəbdən infoqrafikdə göstərilən faizlər sizin hesabınız üçün təklif olunan cashback faizlərindən fərqlənə bilər.
BBN.AZ bankların təqdim etdiyi kampaniya və məhsulları mütəmadi olaraq izləyərək oxucularına ən aktual maliyyə məlumatlarını təqdim etməyə davam edəcək.





