11 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, İcraçı direktoru Yunus Abdulov və “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” nun rəhbəri Tamerlan Rüstəmov, IFC-nın proqram rəhbəri Zarina Odinaeva, əməliyyatlar üzrə böyük mütəxəssis Ayvan Daniyel Mortimer Şutts, əməliyyatlar üzrə mütəxəssis Teymur Heybətov, əməliyyatlar üzrə kiçik mütəxəssis Mattias Timm, rəqəmsal maliyyə xidmətləri üzrə qlobal eskpertər Xose M. Moreno De Barreda və Pavel Şust, və rəqəmsal maliyyə xidmətləri üzrə məsləhətçilər Aqil Abdullayev və Sultan Danyalov iştirak etmişdir.
Görüş çərçivəsində rəqəmsal bankçılıq sahəsində cari vəziyyət, inkişaf tendensiyaları və gələcək inkişaf perspektivləri müzakirə edildi habelə, Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin gələcək inkişafına yönəlmiş yeni layihənin başladılması imkanları ətrafında qarşılıqlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, bu layihənin məqsədi Qafqaz, Şərqi Balkan və Mərkəzi Şərqi Avropa regionunda Rəqəmsal Maliyyə Xidmətlərinin böyüməsinə təkan verməkdir. Hazırda layihənin həyata keçiriləcəyi altı prioritet ölkəni müəyyən etmək məqsədilə 13 Avropa ölkəsi üzrə qiymətləndirmələr aparılır. Layihənin icrasına 2024-cü maliyyə ilində başlanılacaqdır.