Home » Beynəlxalq Mülki Aviasiya Təşkilatı Bakıda “Axtarış və xilasetmə” üzrə seminar keçirir

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Bakıda “Axtarış və xilasetmə” üzrə seminar keçirir

by anar
0 comment 1 views 1 minutes read

Oktyabrın 2-də Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika (EUR/NAT) və Asiya və Sakit Okean (APAC) regional ofisləri tərəfindən “Axtarış və xilasetmə” üzrə seminar işə başlayıb.

3 gün davam edəcək tədbiri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi təşkil edir.

Seminarda ICAO-nun və digər beynəlxalq təşkilatların, eləcə də xarici dövlətlərin 70-dən çox nümayəndəsi, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Milli Aviasiya Akademiyası, “ASG Aviation Services Group” və “SW Group”un təmsilçiləri iştirak edirlər.

Tədbiri giriş sözü ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov açaraq axtarış və xilasetmə sahəsində normativ hüquqi tənzimləmə istiqamətində görülən işlər barədə məlumat verib.

Sonra yerli və xarici mütəxəssislər tərəfindən axtarış və xilasetmə sahəsində əməkdaşlıq, personalın hazırlığı, normativ hüquqi tənzimləmə, əməliyyatların koordinasiyası, yeni texnologiyalar və digər mövzularda məruzələr edilib.

Qeyd edək ki, seminarın sonuncu günü masaüstü (tabletop) interaktiv təlim keçiriləcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.