Home » Beynəlxalq Valyuta Fondu: Yaxın Şərqdə gərginlik qlobal iqtisadiyyatı tənəzzül həddinə yaxınlaşdıra bilər

Beynəlxalq Valyuta Fondu: Yaxın Şərqdə gərginlik qlobal iqtisadiyyatı tənəzzül həddinə yaxınlaşdıra bilər

by Zeyneb
0 comments 0 views 1 minutes read

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və enerji bazarında davam edən pozuntular qlobal iqtisadi artım üçün ciddi risklər yaradır.

BBN.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb. Al Jazeera telekanalının yaydığı xəbərə görə, Fond müxtəlif ssenarilər üzrə qlobal iqtisadiyyatın inkişaf perspektivlərini qiymətləndirib.

IMF-nin qiymətləndirməsinə əsasən, ən pis ssenaridə enerji bazarında təkrarlanan şoklar nəticəsində qlobal iqtisadi artım hazırkı 3,1 %-dən 2 %-ə qədər zəifləyə bilər. Bu halda neftin bir barelinin orta qiymətinin 2026-cı ildə 110 ABŞ dollarına, 2027-ci ildə isə 125 ABŞ dollarına yüksələcəyi proqnozlaşdırılır.

Ən müsbət ssenariyə görə isə münaqişə qısamüddətli olacaq və 2026-cı ilin ikinci yarısında neft bazarında sabitləşmə baş verəcək. Bu halda ilin yekununda neftin orta qiymətinin təxminən 82 ABŞ dolları səviyyəsində formalaşacağı gözlənilir.

Aralıq ssenaridə münaqişənin daha uzun müddət davam edəcəyi ehtimal olunur. Bu vəziyyətdə neftin qiyməti bir müddət 100 ABŞ dolları ətrafında qalacaq, 2027-ci ildə isə 75 ABŞ dollarına qədər enəcək. Eyni zamanda, qlobal iqtisadi artımın 2025-ci ildəki 3,4 %-dən 2026-cı ildə 2,5 %-ə qədər zəifləyəcəyi qeyd olunur.

IMF-nin baş iqtisadçısı Pyer-Olivye Qurinşe bildirib ki, enerji təchizatında fasilələrin davam etməsi və münaqişənin həlli ilə bağlı qeyri-müəyyənlik fonunda aralıq və ya mənfi ssenarinin reallaşma ehtimalı daha yüksək qiymətləndirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.