Home » “Binance” yeni kripto kart yaradır

“Binance” yeni kripto kart yaradır

by bbnadm
0 rəy 3 baxış 1 dəqiqə oxuma

 Kriptovalyuta sahəsində fəaliyyət göstərən ən böyük kriptomübadilə platforması “Binance” yeni layihəsini ictimaiyyətə açıqlayıb. Rusiya və Ukrayna arasında fevral ayının sonlarında başlayan münaqişələrin ilkin mərhələsindən fəaliyyətə başlayan “Binance” bu dəfə Ukraynadan qaçqın düşən şəxslərə özəl kripto kartlar hazırlayıb.

“Contis” maliyyə platforması, “Palianytsia” və “Rotary” xeyriyyə qurumları ilə tərəfdaşlıq nəticəsində hazırlanan kripto kartlar qaçqın düşmüş şəxslərə kriptovalyuta göndərmək və qəbul etmək, habelə kriptovalyutalardan istifadə edərək alış-veriş etməyə imkan tanıyacaq.

Kripto tranzaksiyalar həyata keçirmək imkanı ilə yanaşı, bu kartları əldə edən şəxslər “Binance” tərəfindən üç ay ərzində aylıq 75 BUSD (Binance dolları = ABŞ dolları) məbləğində maliyyə dəstəyi əldə edəcəklər.

Məlumat üçün qeyd edək ki, təqribi bir ay əvvəl “Binance” Ukrayna Respublikasına rəqəmsal aktivlər ilə 2.5 milyon dollar dəyərində ianə dəstəyi göstərib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.