Birləşmiş Krallıqda 2021-ci ildə “fintech” sektoruna qoyulan investisiya 2020-ci ilə nisbətdə 217%-lik rekord artım göstərib. Maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən maliyyə qurumu “Innovate Finance” tərəfindən aparılan araşdırmalar əsasında tərtib edilən hesabata istinadən, 2021-ci il ərzində ümumilikdə “fintech” sektoruna 11.6 milyard dollar həcmində sərmayə yatırılıb.
Sözügedən məbləğ 713 fərqli tranzaksiya arasında bölünüb. İlkin mərhələdə “fintech” startaplarına qoyulan investisiya həcmi 1 milyon dollardan aşağı olsa da, növbəti etaplarda proqressiv artımla müvafiq olaraq 1.6 milyard, 2.7 milyard və 7 milyard dollar həcminə çatıb. Araşdırmada nəzərə çarpan digər bir məqam isə, Böyük Britaniyada hər 10 istehlakçıdan 8-inin “fintech” məhsullarından istifadə etməsidir.
Beynəlxalq renkinqə nəzər saldıqda, Böyük Britaniyanın “fintech” investisiyaları baxımından Avropa qitəsində liderliyi ələ aldığını müşahidə etsək də, dünya ölkələri arasında ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.