

Mayın 19-da kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti cüzi azalıb.
BBN.az xəbər verir ki, mayın 19-da kriptovalyuta bazarında bir sıra əsas rəqəmsal aktivlərin qiymətində azalma müşahidə olunub.
Dünyanın ən dəyərli kriptovalyutası olan “Bitcoin” Bakı vaxtı ilə saat 10:00-da “CoinMarketCap” platformasında 0,68% ucuzlaşaraq 102 915 ABŞ dolları səviyyəsində ticarət olunub.
“Ethereum”un qiyməti də son 24 saat ərzində 5,43% azalaraq 2 595 ABŞ dollarına düşüb. İlk beşlikdə yer alan digər kriptovalyutalardan XRP son sutkada 1,85%, BNB isə 1,09% dəyər itirib.
Qeyd edək ki, “Bitcoin”in indiyədək qeydə alınan ən yüksək qiyməti 2023-cü il dekabrın 16-da müşahidə olunub və həmin vaxt bu kriptovalyutanın dəyəri 108 min dolları ötüb.