Home » “Bitcoin”in qiyməti 62 min dolları ötüb

“Bitcoin”in qiyməti 62 min dolları ötüb

by yunus
0 comments 0 views 1 minutes read

Kriptovalyuta bazarı həftəlik enişdən sonra yüksəlməyə başlayıb.

BBN.az xəbər verir ki, bazar kapitallaşması 0,82% artaraq 2,14 trilyon dollara çatıb.

Dünyanın ən böyük kriptovalyutası olan “Bitcoin”in qiyməti son 24 saatda 1,34% yüksələrək 62 323 dollara çatıb. Bununla belə, aktiv son bir həftədə 3,12% dəyər itirib.

“Ethereum”un qiyməti 0,84% artaraq 1 644 dollara yüksəlsə də, həftəlik geriləmə 9,02% təşkil edib. BNB isə son sutkada 0,95% qiymət artımı göstərib, lakin son yeddi gündə 4,3% ucuzlaşıb.

Qızılın qiymətinə indekslənən tokenlərdə isə eniş qeydə alınıb. P”AX Gold” (PAXG) son 24 saatda 2,57%, son bir həftədə isə 8,6% ucuzlaşaraq 4 069 dollara düşüb. “Tether Gold” (XAUt) isə sutka ərzində 2,52%, həftəlik müqayisədə 8,42% dəyər itirərək 4 062 dollar səviyyəsində ticarət olunub.

Bazar iştirakçılarının əhval-ruhiyyəsini ölçən “Fear & Greed Index” göstəricisi 15 bənd səviyyəsində qərarlaşıb ki, bu da investorlar arasında güclü qorxunun hökm sürdüyünə işarə edir.

Analitiklər bildirirlər ki, bazarda qısamüddətli alışlar müşahidə olunsa da, qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik, Yaxın Şərqdə davam edən gərginlik və riskdən yayınma meyilləri investorların riskli aktivlərə marağını məhdudlaşdırmağa davam edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.