Home » Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 2 iyun 2022-ci il tarixində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov iştirak etmişdir.

Onlayn platforma üzərindən təşkil edilən iclasda İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planı və Dünya Bankının yeni Əlverişli Biznes Mühiti (Business Enabling Environment – BEE) layihəsi ilə əlaqədar məlumat verilmiş və həmin layihənin “Maliyyə xidmətləri” indikatoru üzrə diaqnostika matrisasının tərtibinə dair müzakirələr həyata keçirilmişdir.

Müzakirələr formatında keçən görüşün sonunda diaqnostika matrisasını tərtib etmək üçün qrupun protokol əsasında yaradılması Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.

İclasa Mərkəzi Bankın, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, Dövlət Neft Fondunun, “KPMG Audit Azərbaycan” MMC-nin, “Deloitte & Touche” MMC-nin, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin və “Access Bank” QSC-nin nümayəndələri qatılmışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.