Home » “Biznesin müflisləşməsi” İşçi qrupu yeni qanun layihəsini müzakirə edib

“Biznesin müflisləşməsi” İşçi qrupu yeni qanun layihəsini müzakirə edib

by anar
0 comments 1 views 1 minutes read

İyunun 19-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun növbəti iclası keçirilib.

İclasda Ədliyyə Nazirliyinin əməkdaşları, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin, Vəkillər Kollegiyasının və özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirin əsas mövzusunu “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsinin ilkin müzakirəsi təşkil edib.

Tədbiri giriş sözü ilə açan İşçi qurupun rəhbəri, ədliyyə nazirinin müavini Abiddin Hüseynov Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti nəticəsində görülən işlərdən, müvafiq sahədə  tematik qrup tərəfindən hazırlanmış qanun layihəsindən bəhs edib.

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idərəsinin rəis müavini Səkinə Əliyeva “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi barədə məlumat verib və təqdim ediləcək təkliflər əsasında layihənin təkmilləşdirilməsi istiqamətində işlərin görüləcəyini bildirib.

Tədbir yeni qanun layihəsi ilə bağlı iclas iştirakçılarının çıxışları ilə davam etdirilib, qrup üzvlərinin təklifləri dinlənilib, qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.