Home » Böhran menecment nədir?: Necə plan hazırlamaq olar? – 6 addım

Böhran menecment nədir?: Necə plan hazırlamaq olar? – 6 addım

by bbnadm
0 rəy 32 baxış 3 dəqiqə oxuma

Birinci növbədə bilməliyik ki, böhran nə deməkdir. Bu çox təhlükəli və həssas vəziyyətdir, fərdə, qruplara və bütünlükdə cəmiyyətə təsir edir. Mümkün qədər bu dairəvi vəziyyəti idarə etməyi bacarmalısınız. Çox təəssüf ki, bu gün böhranın müxtəlif növlərinə rast gəlinir, məsələn, texnoloji məsələlər, işçilərin məmnuniyyətsizliyi, zorakılıq, xırda məsələlərə etinasızlıq, maliyyə problemləri və təbii fəlakətlərin nəticəsində meydan gələn böhran vəziyyətləri. Bu cür vəziyyətləri idarə etmək üçün hər bir şirkətin “Böhran İdarəetməsi” ilə bağlı qaydaları olmalıdır. Ancaq bildirək ki, bizim bu dəfə bəhs etdiyimiz mövzu daha çox böhranın bu növlərinə aiddir, işçilərin narazılığı, maliyyə problemləri və təbii fəlakətlərin səbəb olduğu böhran halları. Gəlin, bu halların hər birinə ayrı-ayrılıqda nəzər salaq:

1. İşçilərin narazılığı: İşçilərin çoxu bir-biriləri ilə razılığa gələ bilmirlər və onların arasında münaqişələr baş verir. 

2. Maliyyə problemləri: Əmək haqqlarının ödənməsində çətinlik və iflas və s.

3. Bəzi təbii amillər böhranı artırır, pandemiya, qasırğa, quraqlıq, yağışlı hava, zəlzələ və s. 

Vikipediya İngilis ensiklopediyasında isə “Böhran İdarəetmə”sinin belə bir sadə izahı var: Situasiyaya əsaslanan idarəetmə sistemidir və bu sistemə aydın rollar, bu haldan irəli gələn şirkət miqyasında məsuliyyətlər daxildir. Vikipediya kimi açıq bir mənbədə deyilir ki, bu ad bizə 1980-ci illərdən tanışdır və o zamanlar irimiqyaslı sənaye və ekoloji fəlakətlər baş vermişdir. Böhran İdarəetməsi ictimaiyyətlə əlaqələrdə ən vacib proses hesab edilir. Bu gün gözləniləndir ki, şirkət və təşkilatların 51%-nin “Böhran İdarəetməsi” ilə bağlı bir toplusu yoxdur. Ancaq ekspertlər bildirirlər ki, yaxın zamanlarda biznesinizin gələcəyi məhz “Böhran İdarəetmə” sisteminin olub-olmaması ilə bağlı olacaq. 

Bu aşağıdakı 6 addıma əməl etməklə “Böhran İdarəetməsi” ilə bağlı bir plan hazırlamaq olar.

Addım 1 – Böhranı idarə edəcək komandanızı təyin edin

“Böhran İdarəetməsi” ilə bağlı plan hazırlamamışdan öncə, situasiyanı idarə edəcək liderlərdən ibarət komanda formalaşdırmaq lazımdır. 

Addım 2 – Riski müyyənləşdirin

Planlaşdırma prosessinə başlamamışdan öncə şirkətinizin qarşılaşa biləcəyi riskləri müəyyən edin və iclas keçirin. Risklərin baş vermə ehtimalını müəyyən və təhlil etmək üçün risk reyestrindən istifadə edin.

Addım 3 – Biznes təsirini müəyyən edin

Hər bir risk xüsusi nəticələrə gətirib çıxara bilər, ona görə də onları ayrı-ayrılıqda analiz etmək lazımdır. Potensial biznes təsirlərinə bu hallar aid ola bilər, müştərinin, nüfuzun, gəlirlərin itirilməsi, satışların gecikdirilməsi və inzibati pul cəzalar və s.   

Addım 4 – Cavablar düşünün

İndi isə hər bir riski analiz edib fikirləşmək lazımdır ki, əgər bu risk baş verərsə, komandamız bu hal ilə necə mübarizə apara bilər?!.

Addım 5 – Planı gücləndirin

“Böhran İdarəetmə Planı” açar nüanslardan ibarət olmalıdır və aydın bilməlisiniz ki, bu problemli vəziyyəti kim ilə koordinasiya etməlisiniz. Həmçinin, hamı nə vaxt nə edəcəyini açıq şəkildə bilməlidir. 

Addım 6 – Yenidən və yenidən nəzərdən keçirin

Böhran planınızı hazırladıqdan sonra, son nəticəni analiz edin ki, sonradan hər-hansı bir boşluq ilə qarşı-qarşıya qalmayasınız. Böhran idarəçiliyi planınızı yenidən nəzərdən keçirin və ildə ən azı bir dəfə baxın, çünki mümkün risklər zamanla dəyişilə bilər. 

Yazar: Ülviyyə Əlizadə

İstifadə edilmiş mənbələr:

https://en.wikipedia.org/wiki/Crisis_management
https://www.youtube.com/watch?v=xwYoJbsvlE4https://www.rockdovesolutions.com/blog/6-steps-to-create-a-crisis-management-plan

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.