
İngiltərədə inflyasiya son səkkiz ayın ən aşağı səviyyəsinə enib.
BBN.az xəbər verir ki, proqnozlardan daha sürətli zəifləyən inflyasiyanın İngiltərə Mərkəzi Bankına (BoE) faiz dərəcələrinin azaldılması üçün manevr imkanı yaratdığı bildirilir.
İngiltərə Milli Statistika Ofisinin (ONS) açıqladığı məlumatlara görə, oktyabr ayında 3,6 faiz təşkil edən istehlak qiymətləri indeksi noyabrda 3,2 faizə düşüb. Bu göstərici iqtisadçıların 3,5 faiz, eləcə də BoE-nin 3,4 faiz səviyyəsində olan proqnozlarından aşağı olub.
İstehlak qiymətləri ilə bağlı məlumatların açıqlanmasından sonra funt-sterlin təxminən 0,6 faiz ucuzlaşaraq 1,3342 ABŞ dolları səviyyəsinə geriləyib.






