Home » Böyük Britaniyanın İş və Pensiya Departamenti ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Böyük Britaniyanın İş və Pensiya Departamenti ilə əməkdaşlıq məsələləri müzakirə edilib

by Aytac
0 comments 0 views 0 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının İş və Pensiya Departamentinin nümayəndələri arasında onlayn görüş keçirilib.

İş və Pensiya Departamentinin nümayəndələrinə Agentliyin aktiv məşğulluq tədbirləri, son dövrlərdə həyata keçirilən məşğulluq islahatları, rəqəmsal layihələr haqqında ətraflı məlumat verilib.

İş və Pensiya Departamentinin nümayəndələri də təmsil etdikləri qurumun gördüyü işlər və xidmətlər barədə təqdimat edib.

Görüşdə həmçinin iki qurum arasında əlaqələrin daha da genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən olunması və məlumat mübadiləsinin davamlı şəkildə həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.