Böyük Britaniyanın Mərkəzi Bankının (Bank of England) iqtisadçısı Huw Pill podkastda çıxışında maraqlı açıqlama ilə gündəmə gəlib. O, deyib ki, insanlar qəbul etməlidirlər ki, onlar kasıblaşırlar: “Əvəzində isə şahidi oluruq ki, yüksək inflyasiyaya görə maaşlarında artım tələb edirlər. Qəbul etməliyik ki, biz hamımız pisə doğru gedirik”.
BBN.az BBC Business nəşrinə istinadən xəbər verir ki, martda illik inflyasiya 10.4%-dən 10.1%-ə düşsə də, bu yenə də Mərkəzi Bankın hədəflədiyi 2%-dən uzaqdır.
“Qiymətlər yüksəlir, Mərkəzi Bank faiz dərəcələrini artırır, kreditlər daha bahalı olur”, – deyə o, əlavə edib.
Qeyd edək ki, iqtisadçı bu düşüncədədir ki, hər kəs belə zamanlarda daha az qazanmalı, daha az xərcləməlidir, nəticədə inflyasiya və faiz dərəcələri enəcək.