Home » “Azərbaycan – Türkiyə: Ortaq Yüzüncü İl” tədbiri keçirilib

“Azərbaycan – Türkiyə: Ortaq Yüzüncü İl” tədbiri keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

KOBİA: Azərbaycan və Türkiyənin kiçik və orta sahibkarlıq sahəsində potensialından maksimum dərəcədə istifadə etməklə mövcud imkanları praktik layihələrə çevirmək və KOB-lar arasında daha dərin inteqrasiyaya nail olmaq istəyirik. 

Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının qurulmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan – Türkiyə: Ortaq Yüzüncü İl” tədbiri keçirilib. 

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında sahibkarlıq və biznes ictimaiyyəti arasında əməkdaşlığa dair fikirlərini bölüşüb. Qeyd olunub ki, ümummilli lider Azərbaycan və Türkiyə əlaqələrinin bugünkü inkişaf səviyyəsinə çatmasında əvəzolunmaz rola malikdir. Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamı Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını tam mənası ilə təsvir edən ifadədir və ölkələrimiz arasında əməkdaşlıq bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə iqtisadi əlaqələri çərçivəsində kiçik və orta sahibkarlıq sahəsində də əməkdaşlıq genişlənməkdədir. Həm Azərbaycanda, həm də Türkiyədə biznes subyektlərinin 99%-nin KOB subyektləri olması bu əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu göstərir. Məqsədimiz bu potensialı maksimum dərəcədə reallaşdırmaq, mövcud imkanları praktik layihələrə çevirmək və KOB-lar arasında daha dərin inteqrasiyaya nail olmaqdır. Bu məqsədlə Türkiyədən olan həmkar dövlət təşkilatları, biznes assosiasiyaları, sahibkarlar və investorlar ilə sıx əməkdaşlıq edirik. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.