Home » BP və SOMDA arasında iki sənəd imzalanıb

BP və SOMDA arasında iki sənəd imzalanıb

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu gün Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (SOMDA) ilə BP şirkəti arasında əməkdaşlığı təmin edəcək iki sənəd imzalanıb.

BP-dən BBN.az-a verilən məlumata görə sənədlərin imzalanması münasibətilə bu gün BP-nin ofisində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib.

Görüşdə imzalanan sənədlər bunlardır:

1. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və BP şirkəti arasında əməkdaşlıq haqqında protokol;

2. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və ‘BP

Exploration (Caspian Sea) Limited’ arasında razılaşdırılmış mühafizə qaydaları” haqqında sənəd.

Daha sonra nümayəndə heyəti bp ofisində təhlükəsizlik nəzarət və idarəetmə sistemi və prosesləri ilə tanış olub. General-mayor Abbasov onlara təqdim olunmuş texnologiya və sistemləri yüksək qiymətləndirib.

Görüşdə həmçinin hərtərəfli və səmərəli əməkdaşlıq, birgə fəaliyyət və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.