1

Londonun ICE birjasında “Brent” markalı neftin 2026-cı ilin mart ayı üçün nəzərdə tutulan fyuçerslərinin qiyməti 5 dekabr 2025-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 64 dolları keçib.
Yanvarın 12-də Bakı vaxtı ilə saat 23:37-yə olan məlumata əsasən, “Brent” markalı neftin qiyməti 0,52 faiz artaraq 64,14 dollar təşkil edib.
Bundan bir neçə dəqiqə sonra, saat 23:44-də isə “Brent” neftinin qiyməti 0,41 faiz artımla 64,07 dollar səviyyəsində olub.







