
ICE Futures birjasında iyun ayı üçün Brent nefti üzrə fyuçerslərin qiyməti 1,05 dollar (1,07%) azalaraq bir barel üçün 97,43 dollara enib. Çərşənbə axşamı bu müqavilələr 3 dollar (3,1%) artaraq 98,48 dollara yüksəlmişdi.
Digər tərəfdən, New York Mercantile Exchange (NYMEX) platformasında iyun ayı üçün WTI xam nefti fyuçersləri elektron ticarətdə 0,68 dollar (0,76%) ucuzlaşaraq bir barel üçün 88,99 dollara düşüb. Əvvəlki sessiyada isə bu müqavilələr 2,25 dollar (2,6%) artaraq 89,67 dollara çatmışdı.
Ekspertlərə görə, Yaxın Şərqdə gərginliyin davam etməsi və geosiyasi risklər neft qiymətlərində qeyri-sabitliyi qoruyur.




