3

Dünya bazarlarında neft bahalaşıb.
BBN.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,23% bahalaşaraq 1 barrelə görə 78,83 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barrelinin qiyməti isə 0,40% artaraq 1 barrelə görə 74,82 ABŞ dolları təşkil edib.




